İtkin düşən kişinin meyiti tapıldı

Kür çayının Neftçala rayonu Ərəbqardaşbəyli kəndindən keçən hissəsində çayın sahilində naməlum kişi meyiti tapılıb.

Stopnarkotik.az xəbər verir ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, naməlum kişi meyiti - 1957-ci il təvəllüdlü Salyan şəhər sakini Süleymanov Hüseyn İsrafil oğludur və o, 02.03.2024-cü il tarixdə yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşdüyü üçün, barəsində Salyan RPŞ-də 13.03.2024-cü il tarixdə axtarış işi açılıb. Hüseyn Süleymanovun uzun müddət vərəm xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.