Yerusəlimin Ramot bölgəsində terror aktı nəticəsində 5 nəfər ölüb.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, avtobusa silahlı hücum nəticəsində 7 nəfər ağır yaralanıb.
***11:39
Yerusəlimin Ramot bölgəsində silahlı insident baş verib.
“The Times of Israel” qəzeti xəbər verir ki, nəticədə 15 nəfər yaralanıb.
Onlardan 6-nın vəziyyəti ağırdır.
Məlumata görə silahlı hücumu törədən şəxslər iki nəfər olub və onlar hadisə yerində zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.