İsrail Qəzzaya nəzarəti ələ keçirmək məqsədilə 15 sentyabrda hücuma başlayıb.
"Ynet" portalının yaydığı məlumata görə, İsrail Qəzza şəhərinə 20 dəqiqə ərzində 37 zərbə endirib.
İsrail Müdafiə Qüvvələri (İMQ) pilotsuz uçuş aparatları və helikopterlərdən istifadə edib, həmçinin artilleriya atəşi açıb.
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində bir sutka ərzində 62 nəfərin həlak olduğu bildirilir. Yaralıların sayı isə dəqiqləşdirilməyib.
Qeyd edək ki, az əvvəl “Axios” portalı İsrail rəhbərliyindəki mənbəyə istinadən İsrail ordusunun sentyabrın 15-də Qəzza şəhəri üzərində nəzarəti təmin etmək məqsədi ilə hücuma başladığı haqda məlumat yaymışdı.