İranın azərbaycanlı deputatından nazirlərə sərt xəbərdarlıq - VİDEO

Qərbi Azərbaycan əyalətinin Xoy və Çaypara şəhərlərinin deputatı Adil Nəcəfzadə İran rejiminin yarıtmaz siyasəti ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.

O, parlamentdə prezident Rəisiyə səslənərək azərbaycanlılar yaşayan bölgələrin bilərəkdən ağır duruma salınmasından gileylənib.

"Cənab Rəisi, Xoy əhalisi hələ də acınacaqlı durumdadır. Dövlətin ayırdığı vəsaitlər müvəkkil banklarda dondurulub. Xoy sakinlərinə milyonluq işıq və qaz qəbzləri yazılıb. Xoyda zəlzələdən zərər çəkmiş əhali üçün hökumət nə iş görüb? Xoy əhalisi çörək almaq üçün saatlarla növbələrdə dayanır. Kənd Təsərrüfatı Cihadı naziri və digər nazirlərə xəbərdarlıq edirəm, əgər 48 saat ərzində çörəyin bişirilib Xoy əhalisinə verilməsini qaydasına salmasalar, Xoy əhalisinin problemini həll etmək üçün qanuni və nəzarət imkanlarımı səfərbər edəcəyəm! - deputat rejimin anormal idarəçiliyən sərt etirazını bildirib.