İranda hicab qalmaqalı: daha iki aktrisaya cinayət işi açıldı

İranda iki kino aktrisası Baran Kosari və Şaqaye Deqan ictimai yerdə hicabsız göründükləri üçün məhkəməyə verilib.

Məlumata görə, Kosari aktyor həmkarının dəfn mərasiminə, Deqan isə kafeyə başıaçıq gəlib.

Bildirilir ki, hər iki aktrisanı cərimə və ya həbs cəzası gözləyə bilər.

Qeyd edək ki, bir müddət öncə İranda daha 4 aktrisaya qarşı analoji iş başlanıb. Onlardan bəziləri ölkənin kino sənayesindəki uğurlarına görə mükafatlar almış şəxslərdir.