İranda daha bir orta məktəbə kimyəvi hücum olub, onlarla məktəbli qız zəhərlənib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı sosial media fəalları və şagirdlərin valideynlərinə istinadla məlumat yayıb.
Bildirilir ki, hadisə mayın 6-da Həmədan şəhərində “Nərgiz” orta məktəbində baş verib.
Təhsil müəssisəsinin qarşısına çoxlu sayda təcili tibbi yardım maşınının gəldiyi və onlarla şagirdin xəstəxanalara göndərildiyi bildirilib.
Qeyd edək ki, molla rejimi son aylarda yüzlərlə məktəbə, xüsusilə qız məktəblərinə kimyəvi terror hücumu edərək, minlərlə məktəblinin zəhərlənməsinə səbəb olub.