İran indi “düşmənlərini” nüvə silahı ilə deyil, narkotiklə təhdid edir – TEHRANIN YENİ STRATEGİYASI  

Kokain istehsalının əsas komponenti olan koka kolunun məhsuldarlığı son illər 40 faizə yaxın artıb...

Venesuelanın dövlət hava yolu şirkəti “Conviasa Airline” tərəfindən idarə olunan kommersiya təyyarəsi hər həftə narkotik və pulla dolu yük anbarı ilə Suriyanın Dəməşqindən keçməklə Karakasdan Tehrana uçurdu. Çünki təyyarə geri dönüş reysi zamanı silah daşıyır və “Hizbullah”la əl sıxışırdı. Üstəlik, İranın kəşfiyyat xidmətinin əməkdaşları Venesuela hökuməti tərəfindən saxta şəxsiyyət vəsiqələri və səyahət sənədləri ilə təmin edilir, beləliklə, bütün subkontinentə yayılırdılar...

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin illik hesabatı göstərib ki, 2020-ci ildən 2021-ci ilə qədər narkotik istehsalının əsas komponenti olan koka kolunun məhsulunda 35 faiz, sonrakı ildə isə bundan 4-5 faiz çox artım olub. Bu da 2016-cı ildən bəri rekord göstərici və ən kəskin illik artımdır. Məlumata görə, artım “koka” kolunun sayının artması və kolun təmiz kokainə çevrilməsinin nəticəsidir.

2.jpg (76 KB)

Hesabatda həmçinin, narkotikin çatdırılması üçün Cənub-Şərqi Avropa, Qərbi Afrika ölkələri və onun mərkəzinin tranzit stansiyaları kimi xidmət göstərməsi, Şimal dənizindəki limanların Antverpen və Hamburq limanları kimi əsas kokain qaçaqmalçılığı mərkəzləri qismində meydana çıxması, İspaniya və Portuqaliya limanlarının isə narkotik transferi üçün Avropaya giriş nöqtəsi rolu oynaması da vurğulanırdı.

**

BMT agentliyinin direktoru Aada Valli deyib: “Qlobal kokain tədarükünün artması hamımızı ayıq-sayıq vəziyyətə gətirməlidir. Afrika və Asiyada kokain bazarının genişlənməsi potensialı təhlükəli reallıqdır. Mən hökumətləri və digər tərəfləri bu transsərhəd təhlükə ilə necə mübarizə apara biləcəyini müəyyən etmək üçün nəticələrə daha yaxından baxmağa çağırıram”.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Venesuela və İran arasındakı əməkdaşlıq təkcə region ölkələrini deyil, ümumilikdə Avropanı narkotik bəlası ilə təhdid edir. Görünür, son illər İranın bu sahəyə daha çox maraq göstərməsi də məhz bununla bağlıdır. Yəni Tehran artıq öz “düşmənlərini” nüvə silahı, yaxud hansısa uzaqmənzilli raketlərlə deyil, narkotiklə vurmaq siyasətinə üstünlük verir…

Stopnarkotik.az