Həyat yoldaşını döyən sabiq UFC döyüşçüsü həbsxanada öldü

Keçmiş braziliyalı MMA döyüşçüsü Qodofredo Kastro de Oliveyra (Qodofredo Pepey) noyabrın 9-da 38 yaşında ABŞ-nin Florida ştatındakı həbsxanada vəfat edib. O, həyat yoldaşına hücum etdikdən sonra iyun ayından etibarən orada saxlanılırdı.

Stopnarkotik.az oxu.az-a istinadən istinadən xəbər verir ki, döyüşçünün ölüm səbəbi rəsmi olaraq açıqlanmayıb, lakin onun dostu Roni Marianu Bezerra bunun intihar olduğunu bildirib.

Pepeyi iyun ayının sonunda Florida ştatının Dirfild-Biç şəhərində həyat yoldaşı Samaraya hücum etdikdən sonra həbs ediblər. O, həyat yoldaşını döyüb və ona polisə müraciət etməyə imkan verməyib.

Qeyd edək ki, Pepey MMA-da 22 döyüş keçirib ki, onların 14-ündə qalib gəlib, 7-sində isə məğlub olub. 2019-cu ildə rusiyalı Pavel Qordeyevlə daha bir döyüşü isə baş tutmamış sayılıb. Braziliyalı 2012-2018-ci illərdə UFC-də çıxış edib.