Gürcüstanda saxta kokain: Həkimlər SOS xəbərdarlığı edir

Gürcüstanlı narkoloq Zurab Sixarulidze ölkədə saxta sintetik narkotikin peyda olduğunu bildirir.

Stopnarkotik.az-ın verdiyi xəbərə görə, Sixarulidze Facebook sosial şəbəkəsində paylaşım edərək bildirib ki, son günlər Tiflisdə kokain adı altında bahalı narkotik maddə satılıb və maddə artıq bir neçə həddən artıq dozadan zəhərlənmə hadisəsinə, o cümlədən ölümlərə səbəb olub:

“Bu, bahalı kokainin saxta variantıdır. Çox güman ki, bu həyati təhlükəsi olan kristal metadon və fentanil qarışığıdır. Belə bir maddənin istifadəsi ölüm də daxil olmaqla bir neçə həddən artıq dozadan zəhərlənmə hadisəsinə səbəb olub”, deyə həkim sosial şəbəkədə yazır.

Stopnarkotik.az