Gürcüstanda növbəti narkoəməliyyat baş tutdu, 5 alverçi ələ keçdi

Gürcüstanda biri İordaniya vətəndaşı olmaqla, beş narkotik alverçisi həbs edilib.

Saxlanılan gürcülərdən ikisi əvvəllər məhkum olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis narkotik vasitələrin bir neçə sınaq alışı həyata keçirib, hər şeyi audio və videoya çəkib. Axtarış nəticəsində saxlanılan şəxslərdən külli miqdarda heroin və marixuana götürülüb. Təqsirləndirilən şəxsi 17 ilə qədər həbs gözləyir.

Stopnarkotik.az