Gürcüstanda narkomanların məcburi müalicəsi masadadır

Hakim “Gürcü arzusu” partiyası narkomanların müalicə formaları, o cümlədən məcburi müalicə ilə bağlı məsləhətləşmələr aparır.

"Əhalinin istər yazılı, istərsə də digər formada çoxsaylı müraciətləri ilə əlaqədar olaraq, biz fəal şəkildə narkomanların müalicə formaları ilə bağlı məsləhətləşmələr aparırıq. Qanunvericilik paketinin birinci və ikinci oxunuşları çərçivəsində insanlara ağır narkomaniya ilə mübarizədə köməklik göstərilməsi üçün müalicə formalarını aydınlaşdıracağıq", deyə deputat Arçil Qorduladze bildirib.

“Hökumətin yanaşması bir tərəfdən narkotik alverçilərinə qarşı sərt mübarizənin elan edilməsi, digər tərəfdən isə narkomanlarla bağlı digər tədbirlərin görülməsidir, deyə o vurğulayıb. 

Stopnarkotik.az