Gürcüstan Almaniya və Belçikadan keçmiş nazirin ekstradisiyasını istəyib

Gürcüstanın Baş Prokurorluğu keçmiş ədliyyə naziri Zurab Adeişvilinin ekstradisiyası tələbi ilə Almaniya və Belçikaya müraciət edib.

Bu barədə “Interpressnews” ölkənin Baş Prokurorluğuna istinadən bildirib.

“Gürcüstan Prokurorluğu öz səlahiyyətləri çərçivəsində Gürcüstanda cinayət törətmiş şəxslərin harada olduqlarından asılı olmayaraq, Gürcüstan ədliyyəsi qarşısına çıxmasını təmin etmək üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri görür”, – qurumdan bildirilib.

Keçmiş nazir məhbuslara işgəncə vermək, həmçinin biznes reketçiliyində ittiham olunur.