İyulun 15-də axşam saatlarında Göyçay şəhəri ərazisində bıçaqlanma hadisəsi olub.
Stopnarkotik.az xəbər verir ki, 46 yaşlı rayon sakini Fariz Səlimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Mikayıl Əliyevə kəsici alətlə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.