Gəncədə sürücü yeniyetməni vuraraq hadisə yerindən qaçdı

Gəncədə yenyetməni avtomobil vurub.

Hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 2011-ci il təvəllüdlü Z. Məmmədzadəni maşın vurub və ərazidən uzaqlaşıb. Yeniyetmə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./"teleqraf"