Fransa hakimiyyəti yaxın aylarda Kiyevə altı “Caesar” özüyeriyən haubitsa və 150 silahsız pilotsuz uçuş aparatı (PUA) tədarük etməyi planlaşdırır.
Bunu Fransanın Baş naziri Qabriel Attal Milli Assambleyada çıxış edərkən deyib.
Hökumət başçısı bildirib ki, rəsmi Paris sözügedən 6 artilleriya qurğusundan əlavə 12 “Caesar” özüyeriyən haubitsanın Ukraynaya çatdırılmasını təmin edəcək.
Onun sözlərinə görə , Fransa müəssisələri Ukrayna üçün ayda 3 min artilleriya sursatı istehsal etməyi planlaşdırır.
Attal onu da xatırladıb ki, Fransa Çexiyanın Ukrayna üçün Aİ-dən kənar üçüncü ölkələrdən artilleriya sursatlarının alınması təşəbbüsünü dəstəkləyir.