Əfqanıstanda güclü zəlzələ: ÖLƏNLƏR VAR - YENİLƏNİB

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Stopnarkotik.az AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

***09:02

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat verib.

Zəlzələnin episentrinin Hulm bölgəsində 35 kilometr cənub-qərbdə olduğu bildirilir.

Mərkəzinin 10 kilometr dərinlikdə olduğu zəlzələnin nəticələri barədə hələlik məlumat verilməyib.

Bölgə rəsmilərinin açıqlamasına görə zəlzələ nəticəsində ən azı yeddi nəfər ölüb, təxminən 150 nəfər isə yaralanıb.