Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirildi - Qubad İbadoğlunun işinə görə

Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb. 

Stopnarkotik.az xəbər verir ki, məlumatı DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya təsdiqləyiblər.

Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.