Ermənistanda panika: İRƏVAN TƏSLİM OLMAĞA HAZIRLAŞIR

Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivan ilə görüşündə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi müzakirə olunub. Stopnarkotik.az xəbər verir ki, bu barədə “İravunk”un erməni nəşri yazır. Bildirilir ki, Qriqoryana Vaşinqton və Bakıdan 7 tələb təqdim olunub:

-Sülh müqaviləsi ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmalıdır;

-Ermənistan cənub rayonlarında 65 min azərbaycanlı qaçqını qəbul etməyi öhdəsinə götürür;

-Sünik bölgəsində Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll edəcək Bakıdan idarə olunan struktur açılmalıdır;

-Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını öz ərazisindən çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etməyi öhdəsinə götürür;

-Ermənistan SSRİ-nin xəritələrində qeyd olunan anklavları Azərbaycana qaytarmağı öhdəsinə götürür;

-Zəngəzur dəhlizinin beynəlxalq gömrük təşkilatının iştirakı ilə, yəni Rusiya Federasiyasının iştirakı olmadan açılması;

-Ermənistanın Qarabağdan tam imtina etməsi.

“Əgər qeyd olunanların reallıq olduğu ortaya çıxarsa, bu, təkcə Artsaxın təslim olması deyil, həm də Ermənistanın qeyd-şərtsiz təslim olması deməkdir və yaxın gələcəkdə xəritələrdən silinmək ehtimalı çox realdır”, deyə qəzet qeyd edir.

Stopnarkotik.az