Ermənipərəst senator işfa edildi - Menendes gizli agentmiş

Bu yaxınlaradək ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendesin Misirin xarici agenti kimi fəaliyyət göstərməsinə dair əlbirlik iddiaları ilə bağlı ittiham aktı 2016-cı ildə baş tutmuş seçkidən sonra artan xarici təsirə qarşı prokurorluğun daha geniş mübarizə aparmasına səbəb olub.

Bu barədə “USA Today” nəşri Nyu-Cersidən olan senator Bob Menendes və onun həyat yoldaşı Nadin Arslanyana qarşı irəli sürülmüş ittihamlarla bağlı məqalə dərc edib.

ABŞ-nin federal prokurorlarının verdiyi məlumata görə, sövdələşmə Menendesin Misir rəsmiləri ilə görüşləri və şam yeməyi zamanı əldə edilib.

Belə ki, Misirin avtoritar hökumətini təmsil edən rəsmilər ABŞ-nin silah satışı və maliyyələşdirilməyə yardım etməsini istəyiblər. Robert Menendes və həmin vaxt hələ onun sevgilisi olan Nadine Arslanyan hər iki məsələdə yardım edə biləcəklərini qeyd ediblər.

Bunun müqabilində Nyu-Cersidən olan vasitəçi - Vael “Uill” Hana adlı misirəsilli sahibkar Arslanyana, guya kiçik və ya onun iştirak etməsi tələb olunmayan iş vəd edib.

Bu təklif, prokurorluğun cütlüyü və Hananı Nyu-Cersi ştatının baş senatorundan Misir hökumətinin aktiv aləti kimi istifadə etmək üçün sövdələşmələrə dair şokedici ittihamnamədə araşdırılan hekayənin bir hissəsidir.

Oktyabr ayında Nyu-York federal məhkəməsinin binasında baş tutan məhkəmədə xarici agent kimi fəaliyyətdə, həmçinin daha əvvəl rüşvətxorluq və qəsbkarlıqda ittiham olunan cütlük günahsız olduqlarını bildirib.

Qeyd edək ki, ittiham aktı ABŞ senatoruna qarşı son vaxtlar irəli sürülən ən ağır cinayət ittihamıdır. İddia edilir ki, Menendes öz vəzifəsini və nüfuzunu şəxsi mənfəəti üçün xarici ölkəyə satıb.

İttiham aktında millət vəkilinin maliyyə mənfəəti üçün milli təhlükəsizliyi sarsıtdığına dair faktlara ətraflı nəzər salınır.

Xatırladaq ki, onilliklər ərzində Misir ABŞ-nin sadiq müttəfiqi və dünyanın ən qeyri-sabit regionlarından birində Birləşmiş Ştatlardan ən çox yardım alan ölkə olub. ABŞ-nin Misirdə insan haqları ilə bağlı məsələlərdə narahatlığı səbəbindən son illərdə iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşib.