"The Diplomat": Çin muzdlu ordusunu Tayvanda işə salacaq

Yevgeni Priqojinin Rusiyadakı üsyanı fonunda “The Diplomat” nəşri Çinin özəl muzdlu ordu sistemini, xüsusən Afrikadakı əməliyyatlarda “Vaqner Qrupu” ilə müqayisə edən məqalə dərc edib.

Nəşr yazır ki, Afrikadakı Vaqner qruplaşması fransız hərbi ekspertlərinin boşaldığı yeri tutmağa tələsir və müxtəlif silahlı münaqişələrdə iştirak edirdi. Çin muzdlu orduları isə yalnız Çin şirkətlərinin nümayəndələrinin təhlükəsizliyini təmin etməklə məşğuldur. Daha doğrusu, onlar rus modeli ilə yox, amerikalıların modelinə əsasən qurulublar.

Eyni zamanda, Afrikada onların sayı çox nəzərə çarpacaq hala gəldi və ola bilsin ki, Rusiya vaqnerçilərdən istifadə etdiyi kimi, Çin də onlardan Tayvanda təxribatlar üçün istifadə edəcək. İstənilən halda, Çin muzdluları “boz sahələr” adlanan ərazilərdə gizli hərbi əməliyyatların aparılması üçün mühüm alətə çevrilir.

Stopnarkotik.az