Gürcüstanın hakim partiyası Cinayət Məcəlləsinə narkotik cinayətlərinə görə cəza kimi məcburi müalicəni daxil edəcək. Müalicə ilə bağlı qərarı hakim verəcək.
Stopnarkotik.az-ın bildirdiyinə görə, bu barədə "Gürcü Arzusu"nun icraçı katibi Mamuka Mdinaradze açıqlama verib.
"Bu, inzibati cəza olmayacaq, cinayət qanunvericiliyində nəzərdə tutulmuş cəza olacaq. Əgər şəxsə narkotiklə bağlı cinayətə görə hökm çıxarılarsa, bu, müstəsna hallarda baş verə bilər və hakimin qərarından asılı olacaq", deyə gürcü rəsmisi bildirib.
Stopnarkotik.az