Britaniyanın yeni hökuməti 40 min məhkumu azad edəcək

Böyük Britaniyanın yeni baş naziri Keir Starmer həbsxanalardakı kritik sıxlıq səbəbilə 40 min məhbusu azad etməyi planlaşdırır.

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, Amnistiyanın yaxın həftə ərzində baş tutacağı qeyd olunur.

Cinsi zorakılıq, zorakılıq və ya terrorla əlaqəli olmayan cinayətlərdə təqsirli bilinən, habelə cəzasının yarıdan azını çəkmiş məhbuslar azadlığa buraxıla biləcəklər.