Braziliyada narkotik kartelləri hökumətə qarşı müharibə aparır - 132 NƏFƏR ÖLDÜRÜLDÜ / YENİLƏNİB, VİDEO

Braziliyada Rio-de-Janeyro ştatının rəsmiləri hüquq-mühafizə orqanlarının narkotik vasitə və psixotrop maddələr satan dəstələrə qarşı keçirdiyi əməliyyat nəticəsində 132 nəfərin öldüyünü təsdiqləyib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə yerli "G1" portalı məlumat yayıb.

Məlumata görə, yerli sakinlər daha 72 nəfərin meyitini aşkarlayıblar və onların cinayətkar qruplaşmalara aidiyyəti müəyyən edilir. Meyitlər yaxınları tərəfindən tanınması üçün şəhər meydanına aparılıb.

Bundan əvvəl 64 nəfərin öldüyü bildirilib.

Oktyabrın 28-də Rio-de-Janeyro polisi ilk növbədə şəhərin şimal hissəsində cinayətkar qrupları həbs etmək üçün "Mühafizə" əməliyyatının yeni mərhələsinə başlayıb. Əməliyyatda 2500-dən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Nəticədə 80-dən çox narkokuryer həbs edilib, 50-dən çoxu öldürülüb.

*** 08:10

Braziliya xaosa qərq olub və Rio-de-Janeyro müharibə zonasına çevrilib.

Cəmi bir saat ərzində təhlükəsizlik qüvvələri ilə narkotik kartelləri arasında baş verən şiddətli toqquşmalar nəticəsində mülki şəxslər də daxil olmaqla 80-dən çox insan həlak olub.

Şəhərin şimal rayonlarındakı küçələr barrikadalar və yanmış avtobuslarla bağlanıb, avtomobillər yanır və silah səsləri eşidilir.

Rioda narkotik ticarətinin 70%-ə qədərini nəzarətdə saxlayan kartellər, 2500 polis məmurunun iştirak etdiyi genişmiqyaslı "Cəsarətləndirmə" əməliyyatına cavab olaraq karantin elan ediblər.

Hakimiyyət orqanlarının məlumatına görə, artıq 80-dən çox yaraqlı həbs edilib. Cinayətkar qruplar rayonlardan çıxışları bağlamaq üçün bombalarla silahlanmış FPV dronlarından istifadə edirlər.

Qubernator Klaudio Kastro prezident Lula da Silvanı Rio alov və qan içində ikən ordu göndərməkdən imtina etməkdə günahlandırdı.

Stopnarkotik.az