ABŞ İranın İsrailə gözlənilən hücumu ilə bağlı narahatlıqlar fonunda iki esminesin yerini dəyişib.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən bildirib.
”ABŞ-nin hərəkətlərinə biri artıq bölgədə olan, digəri isə oraya yönəldilmiş iki esminesin yerinin dəyişdirilməsi daxildir”, – nəşr rəsmi şəxslərə istinadən açıqlayıb.
Onların sözlərinə görə, gəmilərdən ən azı biri “Aegis” raket əleyhinə sistemlə təchiz olunub.
Qeyd edək ki, eyni məqalədə İran rəhbərliyinin İsrailə hücum haqqında yekun qərar verilmədiyi nəql edilib.
Xatırladaq ki, “ABC News” İranın İsrailə mümkün həmlə üçün 100 qanadlı raket hazırladığı barədə məlumat yayıb.
*** 08:04
"İranın Suriyadakı səfirliyinin konsulluq bölməsinə İsrailin bu yaxınlarda endirdiyi zərbəyə cavab olaraq Tehran hərbi güc tətbiq etmək niyyətində olsa, bu, alınmayacaq".
Bu bəyanatla ABŞ Prezidenti Cozef Bayden çıxış edib.
O, Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Biz İsraili dəstəkləyəcəyik, İsrailin müdafiəsinə kömək edəcəyik. İran isə buna nail olmayacaq”.
Eyni zamanda, Amerika lideri Tehranı hazırkı vəziyyətdə güc tətbiq etməməyə çağırıb. İndi İrana hansı mesajı göndərmək istərdiniz sualına Bayden “bunu etməyin” deyə cavab verib./report