"Biz Baxmutdan geri çəkilmirik" - “Vaqner”in rəhbəri

Ukraynada cəbhədə olan və sursat dəstəyi gəlmədiyi təqdirdə bölgədən çəkilə biləcəklərini bildirən rus muzdlu “Vaqner” qrupunun qurucusu Yevgeni Priqojindən yeni açıqlama gəlib. 

Stopnarkotik.az xəbər verir ki, o, Rusiyanın Baxmutda əməliyyatlara davam edəcəklərini açıqlayıb. 

"Bu gecə döyüşmək əmri almışıq. Hücumları davam etdirmək üçün bizə lazımi sursat və silah dəstəyi vəd edilib", - Priqojin bildirib.