“Beynəlxalq qurumlar yeni münaqişələrin qarşısının alınmasında fəal iştirak etmirlər”.
Bunu Serbiyanın keçmiş prezidenti Boris Tadiç 11-ci Bakı Qlobal Forumunda “Parçalanmış dünyanın yenidən qurulması” panelində deyib.
“Biz Kosovo problemi ilə üzləşdik, lakin Azərbaycanın əldə etdiyi nəticəni əldə edə bilmədik. Bu problemlərin praktiki həlli yolları tapılmalıdır, əks halda onlar nəsillər boyu davam edəcək. Biz travma keçirəndə həmişə bunu xatırlayırıq. Amma biz bütün həyatımızı bu travmalarla yaşaya bilmərik. Tarixdən nəticə çıxara bilmirik, ona görə də bəzən eyni səhvləri təkrar edirik”.
Tadiç qeyd edib ki, yeni münaqişələrin qarşısının alınmasında təhsil çox mühüm rol oynayır: “Yeni münaqişələrin qarşısını almaq üçün biz siyasətçilər yeni nəslin siyasətçiləri arasında maarifləndirmə işi aparmalıyıq”.