Sentyabrın 27-də “Anım Günü” münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbər heyəti paytaxtda yerləşən Zəfər parkında olub.
Bu barədə Stopnarkotik.az-a Baş Prokurorluqdan bildiririlib.
Prokurorluq əməkdaşları Parkdakı xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.