Banqladeşdə sərnişin və yük qatarları toqquşub, 17 nəfər ölüb, onlarla insan yaralanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə yerli “Dhaka Tribune” nəşri yazıb.
Məlumata əsasən, Banqladeşin şimal-şərqində sərnişin qatarı ilə yük qatarı toqquşub.
Yaralananların sayı dəqiqləşdirilməyib. Hələ də qatarların altında qalanların olduğu bildirilib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.