Baltikyanı ölkələrdə Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edən şəxslər yaxalanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Litva Dövlət Təhlükəsizliyi Xidmətinin saytında məlumat yayılıb.
“Litva, Latviya və Estoniyanın təhlükəsizlik və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq çərçivəsində Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə bu ölkələrin ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxslər Latviya və Estoniyada saxlanılıb”, - deyə məlumatda bildirilir.
Neçə nəfərin saxlanıldığı açıqlanmır.