Bakıya uşaq arabasında qaçaqmal keçirmək istədilər

Trabzon-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşının çamadanlarından və əl yüklərindən zərgərlik məmulatları, dərman preparatları və siqaretlər aşkar edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı çamadanlardan, əl yüklərindən və uşaq arabasından gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada gömrük orqanına bəyan edilməyən və 334 qram qızıl-zinət əşyaları, 2264 həb, 84 kapsul, 47 flakon və 14 iynədən ibarət 8 adda dərman preparatları, məcburi nişanlanma ilə nişanlanmamış 1200 ədəd siqaret aşkar olunub.