Su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə bağlı Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində 3 iyul günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
"Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik", - məlumatda qeyd olunub.