Bakıda estetik əməliyyat etdirən qadın öldü

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.