Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verib.
Stopnarkotik.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 175 kv.m. olan bir dam altında tikilmiş 7 boksdan ibarət avtomobil təmiri sexinin yağdəyişmə hissəsində baş vermiş yanğın genişlənməsinə, həmiçinin digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin iki boksunun yanar konstruksiyaları və damına yığılmış təkərlər 50 kv.m. sahədə yanıb.
Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.