Bakı bulvarının müvəqqəti bağlanması xəbərinə RƏSMİ REAKSİYA

Dənizkənarı Milli Parkına giriş-çıxış bağlanması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

Bildirilib ki, "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb.

Qeyd olunub ki, yarışların keçiriləcəyi yolun istiqaməti Bakı bulvarının sözügedən hissəsinə paralel olduğu və "Formula-1"in əyləncə zonasının həmin hissədə hazırlandığı üçün hər il yarış ərəfəsində bulvarın bu istiqamətində məhdudiyyət tətbiq edilir.

Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış isə sərbəstdir.

Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 13-dən 15-dək keçiriləcək.