Qazaxıstan polisi Aktauda qeydə alınan təyyarə qəzası ilə bağlı istintaqa başlayıb.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
"Hazırda Nəqliyyatda Polis İdarəsinin əməkdaşları tərəfindən “Nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə ibtidai istintaqa başlanılıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu gün Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.