Avropa İttifaqı Navalnının ölümünə görə 35 nəfəri “qara siyahı”ya saldı

Avropa İttifaqı rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümü ilə əlaqədar yeni sanksiyaların tətbiqini təklif edəcək.

Bu barədə “Bloomberg” xəbər verir.

Məlumata əsasən, sanksiya 35 şəxsi əhatə edəcək: “Bir sıra dövlət məmurlarına, eləcə də Navalnının saxlanıldığı islah müəssisələrinin məmurlarına, ona hökm çıxaran hakimlərə və iki təşkilata qarşı sanksiyalar təklif edilir”.