Bakının Sabunçu rayonunda faciəvi hadisə baş verib.
Stopnarkotik.az xəbər verir ki, iyulun 23-ü saat 01 radələrində Bakıxanov qəsəbə sakini 2004-cü il təvəllüdlü Q.İbrahimov qəsəbənin Yavər Əliyev küçəsində yerləşən “Akkord” yaşayış kompleksindəki binanın pilləkən meydançasının eyvanından yıxılıb.
8-ci mərtəbədən yıxılan gənc hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.