Ağcabədidə məktəblini maşın vurub öldürdü

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata əsasən, Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyevin idarə etdiyi VAZ-2107 markalı minik avtomobili yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub.

Qəza nəticəsində azyaşlı aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.