Adil Əliyev icra başçısı təyin olunur? - ÖZÜNDƏN AÇIQLAMA

Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı ilə bağlı xəbər yayılıb. 

Stopnarkotik.az xəbər verir ki, azpolitika.info-nun redaksiyasına daxil olan məlumata görə, bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq. 

Sayt yazır ki, məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu, Adil Əliyevdir. 

Məsələ ilə bağlı Adil Əliyev Musavat.com-a açıqlamasında yazılanlara bu cür reaksiya verib: "Rəsmi xəbər olmadığı halda bir söz deyə bilmərəm".