Vaşinqton yaxın günlərdə Venesuelaya qarşı əməliyyatların yeni fazasına başlamağa hazırlaşır.
“Reuters” ABŞ hökumətindəki mənbələrə istinadən xəbər verir ki, müzakirə edilən variantlar arasında Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması cəhdi də var. Agentliyin məlumatına görə, hələlik bu əməliyyatların dəqiq vaxtı, miqyası və Trampın yekun qərar verib-vermədiyi bəlli deyil.
Mənbələr bildirirlər ki, ABŞ administrasiyası Venesuelada siyasi vəziyyətin gərginləşdiyini hesab edir və müxtəlif ssenariləri nəzərdən keçirir. Bu ssenarilər arasında iqtisadi təzyiqin artırılması, xüsusi əməliyyatların genişləndirilməsi və hətta rejim dəyişikliyinə yönəlmiş aktiv tədbirlər də ola bilər.
Bu fonunda ABŞ Federal Aviasiya Administrasiyası cümə günü Venesuela üzərində uçan bütün hava gəmilərinə “potensial təhlükəli vəziyyət” barədə xəbərdarlıq göndərib. Xəbərdarlıqdan dərhal sonra üç beynəlxalq aviaşirkət ölkədən reyslərini ləğv edib./musavat.com