“ABŞ Türkiyəyə Rusiyadan aldığı S-400 zenit-raket kompleksini öyrənmək üçün müraciət edib”.
“Habertürk” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“ABŞ S-400-ləri öyrənmək üçün onlara giriş istəyib. Amma bizim üçün bu, qəbuledilməz idi, müstəqil siyasətimizə zidd idi. Biz imtina etdik” - deyə, o vurğulayıb.
Bundan başqa, Çavuşoğlu Türkiyənin Ukraynaya S-400 göndərilməsi ilə bağlı təkliflər aldığını da qeyd edib: “Bizə belə təkliflər gəldi, lakin biz imtina etdik. Biz onları öz ehtiyaclarımız üçün almışıq”.