ABŞ-nin keçmiş maliyyə naziri “TikTok”u almaq istəyir

ABŞ-nin keçmiş maliyyə naziri Stiven Mnuçin Çinin “ByteDance” şirkətindən “TikTok” sosial şəbəkəsini almaq üçün investorlardan ibarət konsorsium yığır.

Bu barədə o, CNBC telekanalında bildirib.

Mnuçin öz niyyətini ABŞ Nümayəndələr Palatasının “TikTok”u qadağan etmək barədə qanun layihəsini dəstəkləməsinin ertəsi günü açıqlayıb.

Qanun layihəsi Senat tərəfindən təsdiqlənərsə, “ByteDance”ın “TikTok”u ABŞ investorlarına satmaq üçün altı ay vaxtı olacaq. Əks halda, sosial şəbəkə ABŞ-də qadağan olunacaq, tətbiq “Apple” və “Google” proqram mağazalarının ABŞ seqmentindən silinəcək.

Mənbə: kommenrsant.ru