ABŞ Meksika səmasında PUA-larla narkobaron axtarışı aparır

Amerika PUA-ları Meksika səmasında patrul aparır. Amma indi hər iki ölkənin hökumətləri bunu artıq gizlətmir.

Stopnarkotik.az xəbər verir ki, Amerikanın MQ-9B kəşfiyyat PUA-sı Mexiko ştatının cənubunda Texupilko ətrafında dövrə vuraraq görüntülənib. Maraqlıdır ki, eyni nömrəyə malik bu cihaz əvvəllər Yaxın Şərqdə müşahidə edilib.

Şayiələrə görə, amerikalılar keçmiş snoubordçu, bu yay FTB-nin 10 ən çox axtarılanlar siyahısına daxil edilmiş kanadalı narkobaron Rayan Ceyms Veddinqi axtarmaq üçün ərazini ələk-vələk edirlər.

Veddinq Meksikadan ABŞ-a kokain və fentanil tədarükü edən geniş şəbəkə sahibdir və həmçinin silah alveri ilə məşğuldur. Meksikada o, Sinaloa Karteli tərəfindən qorunur və onlarla əməkdaşlıq edir. Bundan əlavə, şayiələrə görə, o, Kosta-Rika və Panamadakı partizanları silahla təmin edir.  

Stopnarkotik.az