ABŞ İranın 14 maddəlik planını tamamilə RƏDD ETDİ

ABŞ hakimiyyəti İranın münaqişənin həlli ilə bağlı 14 maddəlik planını tamamilə rədd edib.

Bu barədə İran mətbuatı yazıb. 

Məlumata görə, Tehran Vaşinqtondan yazılı razılaşma təklifinə cavab alıb. Qeyd olunur ki, ABŞ İranın bütün təkliflərini rədd edib və xüsusilə İranın nüvə proqramı məsələsində təzyiq siyasətinə sadiq qalıb.

Xatırladaq ki, mayın 10-da İran Pakistana Fars körfəzindəki münaqişənin həlli ilə bağlı Amerikanın təkliflərinə cavab təqdim etmişdi. Tehran nüvə obyektlərini sökməkdən imtina edib və Vaşinqton da bunda israr edir.