ABŞ ilin sonunadək 1 ton zənginləşdirilmiş uran istehsal edəcək - BAYDEN AÇIQLADI

ABŞ prezidenti Cozef Bayden ölkəsinin ilk dəfə 90 kq zənginləşdirilmiş uranı istehsal etdiyini açıqlayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bayden bəyan edib ki, Birləşmiş Ştatlar ilin sonuna qədər ölkənin nüvə reaktorları üçün təxminən bir ton yanacaq zənginləşdirməyi gözləyir:

“Bu gün mən elan edə bilərəm ki, Ohayo ştatının cənubundakı zavod artıq güclü zənginləşdirilmiş uranın ilk 200 funtunu (90 kq – Qeyd) istehsal edib. Söhbət ilk dəfə Amerikada istehsal olunan nüvə reaktorları üçün yanacaqdan gedir. Müəssisə ilin sonuna qədər 100 min evi enerji ilə təmin etməyə kifayət edəcək bir tona yaxın zənginləşdirilmiş uran istehsalına doğru irəliləyir”.