Amerikalı sahibkar İlon Mask ABŞ-nin miqrasiya problemlərindən danışıb.
"X" sosial şəbəkəsində paylaşım edən Mask ABŞ-ni dünyanın hər yerindən ən təhlükəli cinayətkarlar üçün sığınacaq adlandırıb.
Mask daha əvvəl prezident Bayden administrasiyasını qeyri-qanuni immiqrasiyaya verdiyi dəstəyə görə tənqid edərək, administrasiyanın sərhədləri qorumaq əvəzinə “qırmızı xalçanı yaydığını” iddia etmişdi. İş adamı qanuni immiqrasiyanı dəstəkləyəcəyini bildirib.
İlon Mask qeyd edib ki, ABŞ-nin cənub sərhədini keçmək və istənilən ölkədən şəxsiyyəti təsdiq edən sənədləri təqdim edərək sığınacaq istəmək imkanı Amerikanı təhlükəli cinayətkarlar üçün sığınacaqa çevirib. Birləşmiş Ştatlar son aylarda rekord səviyyədə qeyri-qanuni miqrasiya müşahidə edib, keçən ilin dekabrında 302,000 qeyri-qanuni sərhəd keçidi qeydə alınıb ki, bu da bir ayda ən yüksək rəqəmdir.
Baydenin prezidentliyi dövründə üç il ardıcıl olaraq qeyri-qanuni miqrantların sayında artım müşahidə olunur.