ABŞ-dan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqda AÇIQLAMA

ABŞ dövlət katibi Antoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

APA xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller məsələ ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Blinken davamlı və ləyaqətli sülh sazişi istiqamətində əldə edilən irəliləyişi müzakirə edib və sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki tərəfi gələcək addımlara təşviq edib.

Blinken həmçinin regional əlaqələrin təşviqində sülhün vacibliyini vurğuyıb ki, bu da bütün Cənubi Qafqaz regionuna fayda verəcək bir amildir.