7 aylıq körpəsi qucağında saxlanılan qadından 1 kiloqram 210 qram metamfetamin tapıldı - VİDEO

Türkiyənin Samsun Polis İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları narkotik qaçaqmalçılığının qarşısını almaq səyləri çərçivəsində İlkadım rayonunda əməliyyat keçirib.

Stopnarkotik.az xəbər verir ki, Samsun şəhərinin İlkadım rayonunda qadın və kişi olmaqla iki şübhəli izlənildikdən sonra saxlanılıb. Qadının çantasında aparılan axtarış zamanı 1 kiloqram 210 qram metamfetamin aşkar edilib. 7 aylıq körpəsi qucağında saxlanılan qadın və onu müşayiət edən kişi diqqəti cəlb etməmək üçün "ailə imici" yaratmağa çalışdıqları bildirilir. 

Stopnarkotik.az