"44 günlük müharibədən qaçmaq olardı, lakin..." - PAŞİNYAN

"44 günlük müharibədən qaçmaq olardı, lakin bunun bədəli Qarabağ məsələsi ilə bağlı ermənilərin baxışını rədd etmək olardı".

Stopnarkotik.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə müharibənin vəziyyətinin araşdırılması üzrə komissiyanın iclasında deyib.

Paşinyanın sözlərinə görə, danışıqlar prosesində çoxlu mübahisəli və dəqiqləşdirilməmiş məsələlər olub: "Məsələn, Laçın dəhlizi, sülh müqaviləsi çərçivəsində delimitasiya və demarkasiya ilə bağlı".

Baş nazir 2019-cu il danışıqlarını "müharibə konveyeri" adlandırıb.