Təxminən on ölkə gələcək mümkün sülh sazişinin bir hissəsi kimi Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bildirib.
Bu barədə mənbələrə istinadən “Bloomberg“ məlumat yayıb.
Məlumata görə, avqustun 19-da Avropa rəsmilərinin görüşü keçirilib. Görüş zamanı Britaniya və Fransa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı konkret plan müzakirə edilib. İclas iştirakçıları hərbçilərin sayı və yerləşdiyi yerləri müzakirə ediblər.